Muzeylər arasında əməkdaşlıq müzakirə edilib

 

 

 

Abdulla Şaiqin ev-muzeyininİ.A.Qonçarovun memorial muzeyinin (Ulyanovsk şəhəri) əməkdaşları Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) tərəfindən təşkil olunmuş telekörpüdə iştirak ediblər.

RİMM-in mətbuat xidmətindən verilən məlumata görə, iştirakçılar iki muzey arasında əməkdaşlığın perspektivlərini, o cümlədən virtual ekskursiyalarekspozisiya mübadiləsi məsələlərini müzakirə ediblər.

Söhbətdə “Rossotrudniçestvoagentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, RİMM-in muzey məsələləri üzrə kuratoru Cavad Quliyev, Rusiyanın Əməkdar mədəniyyət işçisi Yuliya Volodina, Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə, İ.A.Qonçarovun memorial muzeyinin müdiri İrina Smirnova, “Dom Yazıkovıx” Ədəbiyyat muzeyinin böyük elmi işçisi Darya Kozlovskaya və başqaları iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.7.