Astana Humanitar Forumunda Azərbaycan Xalq Cümhuriyyətindən söz açılıb

 

Qazaxıstanın paytaxtı Astanada III Humanitar Forum keçirilib.

 

Forumda Astananın paytaxt elan olunmasının 20-ci ildönümünə həsr edilmişSivilizasiyaların harmoniyası şəhər mədəniyyəti”, türk dünyasının böyük şəxsiyyətləriqazax yazıçısı Mağjan Jumabayevin 125, qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyləri münasibətiləTürk ədəbi əlaqələri: ənənə müasirlik”, eləcə Böyük Çölün mənəvi oyanışı”, “Türk dövlətçilik ənənələrinin xüsusiyyətləriadlı panellərdə türk dünyasında elmin inkişafı, şəhər mədəniyyəti, türkologiya, türk ədəbiyyatında ənənə müasirlik kimi məsələlər diqqət mərkəzində olub.

 

Tədbirdə Azərbaycan, Almaniya, Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə digər ölkələrdən alim, tədqiqatçı mütəxəssis məruzələr edib fikir mübadiləsi aparıblar.

 

Astana III Beynəlxalq Humanitar ForumununTürk dövlətçilik ənənələrinin xüsusiyyətləriadlı paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu bölmədə məruzəçilər Cümhuriyyətin türk dövlətçilik tarixində milli azadlıq ideyalarının formalaşmasında oynadığı rol barədə müzakirələr aparıblar.

 

Forumun açılış mərasimində bu barədə məlumat verən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, əsas məqsəd bu tarixi irsi bütün dünyaya təqdim etməkdir.

 

Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalıkova qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik milli ideoloji fikir tarixində çox önəmli rol oynayıb. Qazaxıstanda təşkil olunan forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması əhəmiyyətli hadisədir. Biz tariximizdə silinməz iz qoyan bu cür əhəmiyyətli hadisələr böyük şəxsiyyətləri beynəlxalq əhəmiyyətli forumda xatırlamaqla onların gələcək nəsillərə çatdırılmasını təmin edirik”, - deyə o bildirib.

 

Professor Aygün Əttar Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin beynəlxalq səviyyədə, o cümlədən Qazaxıstanda qeyd olunmasından məmnunluğunu bildirib.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi Xəlil Akıncı Azərbaycanın tarix boyunca təkcə Qafqazda deyil, Anadoluda Mərkəzi Asiyada da milli dövlətçilik ideologiyasının milli düşüncənin formalaşmasında vacib rol oynadığına diqqət çəkib.

 

Forumda Beynəlxalq Türk Akademiyası nəzdində Altaistika, Türkologiya Monqolistika Mərkəzinin yaradılması barədə sənəd imzalanıb, türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə nüfuzlu alimə akademiyanın qızıl medalı təqdim edilib.

 

Qeyd edək ki, forumun işində UNESCO, İSESCO, İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu, Türk Şurası və TÜRKPA kimi beynəlxalq təşkilatların rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.8.