Kreml Sarayında “Min bir gecə”

 

Fikrət Əmirovun məşhur əsəri “Kreml Baletinin təqdimatında

İyunun 21-də Rusiya Dövlət Kreml Sarayında dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdirilib.

“Kreml Baleti” Teatrının təqdim etdiyi tamaşanın quruluşçu xoreoqrafı Rusiyanın Xalq artisti Andrey Petrov, səhnə tərtibatçısı Azərbaycanın və SSRİ-nin  Xalq rəssamı, akademik Tahir Salahovdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə səhnələşdirilən tamaşa “Kreml Baleti”nin ifasında artıq uzun illərdir ki, təkcə Rusiyanın deyil, digər ölkələrin səhnələrində də uğurla nümayiş etdirilir. Bu tamaşa Fikrət Əmirovun “Min bir gecə” baletinin Rusiyada ilk səhnə quruluşudur.

BaletOrfeysimfonik orkestrinin müşayiəti ilə nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.10.