Almaniyada gənc dramaturqların teatr festivalı keçirilib

 

Almaniyanın Potsdam şəhərində Höte İnstitutunun təşkilatçılığı LIT:potsdamədəbiyyat festivalının dəstəyi ilə gənc dramaturqların “Next Stage Europe 2018” beynəlxalq teatr festivalı keçirilib.

Rusiya, Belarus, Ukrayna digər ölkələrin təmsil olunduğu festivalda Azərbaycandan yazıçı Ülviyyə Heydərova iştirak edib. O, festivalaUşaqlıqadlı monopyesi ilə qatılıb.

Potsdamın Hans Otto Teatrında keçirilən tədbirdə Ü.Heydərova Azərbaycan teatrı, mədəniyyəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, mədəniyyətə dövlət tərəfindən böyük dəstək göstərilir.

Festival iştirakçıları Hans Otto Teatrının yaradıcı heyətinin təcrübəsi ilə yaxından tanış olub, bu teatrın redaktorları Kristofer Hanf Yonas Lüşerlə görüşüblər. Həmçinin Babelsberqdə Film Televiziya Universitetində professor Torsten Şlyüz, Berlin İncəsənət Universitetində professor, dramaturq Paul Brodovski, Berlində Feliks Blok Erben başqa teatr xadimləri, yazarlarla görüşüb, müasir teatr tendensiyaları dramaturgiya barədə fikir mübadiləsi aparıblar. Bundan başqa, iştirakçılar Berlindəki Höte İnstitutunda olublar, “Deutsches Theater”də tamaşaları izləyiblər.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.10.