Mədəniyyət günləri çərçivəsində film tamaşa nümayişi

 

İranlı rejissorun məşhur ekran əsəri Bakıda göstərildi

 

İyunun 28-də Nizami Kino Mərkəzində tanınmış İran kinorejissoru Məcid MəcidininMəhəmməd: Allahın elçisibədii filmi nümayiş olundu. İran mədəniyyəti günləri çərçivəsində keçirilən təqdimatdan öncə rejissor jurnalistlərlə görüşüb onları maraqlandıran sualları cavablandırdı.

Məcid Məcidi bildirdi ki, bu, Bakıya ilk səfərimdir çox şadam ki, belə bir tədbir çərçivəsində görüşümüz təşkil edilib: “Bu gün Bakıda nümayiş olunan  Məhəmməd: Allahın elçisibədii filmi 7 il müddətində ərsəyə gəlib. Filmi ərsəyə gətirəndə hədəfim o idi ki, dünyanın bütün nöqtələrində nümayiş olunsun İslam dininin əsl simasını dünyaya tanıda bilək. İslam haqqında dünyada yanlış təsəvvürlər yaranıb, İslam fədakarlıq gözəllik dinidir”.

Rejissor filmin yaranma ideyası, dünya kinosunun inkişafı, İran kinosunun dünya kinematoqrafiyasında mövqeyi, Azərbaycan İran kinematoqrafçılarının əməkdaşlığının perspektivləri barədə jurnalistlərin suallarını cavablandırdı. Bu barədə növbəti sayımızda ətraflı bəhs edəcəyik.

Sonra filmin təqdimatı keçirildi.

 

* * *

 

Mərasimdə Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək İran kinosunun yeniliklərindən söz açdı. Bildirdi ki, İran kinosu həyatın özünü kino sənətinə gətirməklə bizi həyata daha geniş gözlə baxmağa vadar edir.

İranın Farabi Kino Fondunun icraçı müdiri Əlirza Tabeş mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, birgə film istehsalı iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi üçün münasib sahələrdəndir. Vurğulandı ki, azərbaycanlı kino mütəxəssisləri mütəmadi olaraq İranda keçirilən film festivallarında iştirak edirlər. Azərbaycanda İran mədəniyyəti günləri ərəfəsində iki ölkə arasında birgə film istehsalına start verilib. AzərbaycandaEşq qalasıadı ilə ekrana çıxacaq filmin rejissoru İlham Qasımov, prodüseri Şəhab Rəzəviyan olacaq.

Təqdimatda rejissor Məcid Məcidi çıxış edərək filmin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, ekran işi  Məhəmməd peyğəmbər haqqında bu günə qədər çəkilmiş ikinci filmdir.

Daha sonra film nümayiş olundu. Ekran əsəri İran kino tarixinin ən böyük büdcəli filmi hesab edilir. 30 milyon dollara başa gələn 171 dəqiqəlik film Həzrət Məhəmmədin 12 yaşınadək həyatından o dövrdə Məkkədə cərəyan edən hadisələrdən bəhs edir. Filmin baş operatoru “Oskar” mükafatına layiq görülmüş italiyalı Vittorio Storarodur. Musiqiləri tanınmış bəstəkar-müğənni Sami Yusif ifa edir.

 

* * *

 

İyunun 28-də axşam Azərbaycan Dövlət Musiqili Teatrında İran mədəniyyəti günləri çərçivəsində Titovak Teatrınınİlahi Komediya. Cəhənnəmtamaşası nümayiş etdirilib. Tamaşanı Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, İranın mədəniyyət islami irşad naziri Seyid Abbas Salehi, iki ölkənin mədəniyyət xadimləri, sənətsevərlər izləyib.

Musiqili Teatrın direktoru Əliqismət Lalayev tamaşa barədə məlumat verib. Səhnə əsərinin ssenari müəllifi rejissoru İbrahim Poştkuhidir.

İran mədəniyyəti günləri iyunun 29-da Gəncə şəhərində davam edəcək.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.2.