Prezident İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsinin önəmini vurğulayaraq bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Prezident, eyni zamanda, ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin də çox uğurla keçirildiyiniİran ictimaiyyəti tərəfindən maraqla qarşılandığını deyib. İranın qədim və zəngin mədəniyyətə malik olduğunu vurğulayan dövlət başçısı Azərbaycan ictimaiyyətininöz növbəsində İran mədəniyyəti günlərini səbirsizliklə gözlədiyini qeyd edib.

Prezident İlham Əliyev həm özünün, həm İran Prezidenti Həsən Ruhaninin dedikləriAzərbaycan İran xalqlarını birləşdirən tarixi mədəni əlaqələrimizdirfikrini məmnunluqla xatırladıb. Qeyd edib ki, iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən mədəni əməkdaşlıq istiqamətində çox uğurla inkişaf edir. Bu münasibətlərin gündəliyində duran bütün məsələlər öz həllini tapıb və bu gün əlaqələrimiz yüksək səviyyədədir. Dövlət başçısı İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin ölkəmizə səfərinin əməkdaşlığımızın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyini deyib.

Mədəniyyət islami irşad naziri Seyid Abbas Salehi İran Prezidenti Həsən Ruhaninin ən səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. Bildirib ki, İran Prezidenti əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Qonaq İran mədəniyyəti günləri ilə bağlı Azərbaycana səfər etməsindən məmnunluğunu qeyd edərək bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. O, eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.2.