UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası

 

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 42-ci sessiyası keçirilir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, UNESCO üzrə Milli Komissiyanın, Mədəniyyət Nazirliyinin İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, eləcə milli ekspertlər Rizvan Bayramov Rəşad Allahverdiyev təmsil edirlər.

Sessiyanın gündəliyinə 1972-ci il Mədəni Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, Dünya İrs Siyahısına yeni nominasiyaların daxil edilməsi, irs abidələrinin mühafizəsi, İrs Fondunun büdcəsi digər məsələlərin müzakirəsi daxildir.

Qeyd edək ki, Azərbaycan ötən il Dünya İrs Komitəsinin qərarı ilə yaradılmış İrs Fondunun Dayanıqlığı üzrə alt-komitəyə sədrlik edib cari sessiyanın ilk günündə alt-komitənin nəticələri haqda hesabatı komitə üzvlərinə təqdim edib.

Komitə öz işini 4 iyul tarixinədək davam etdirəcək.

Azərbaycan hazırda sözügedən komitənin vitse-prezidentidir.

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.7.