Muzeylər arasında əməkdaşlıq sənədi imzalanıb

 

Azərbaycan Xalça Muzeyi Rusiya Federasiyasının ən böyük və ən zəngin kolleksiyaya malik muzeylərindən biri olan Sankt-Peterburq şəhərindəki Rusiya Etnoqrafiya Muzeyi ilə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb.

Muzeydən bildirilib ki, sənəddə növbəti beş ildə muzeylər arasında elmi-tədqiqat işi, təcrübə mübadiləsi, birgə sərgi layihələrinin hazırlanması, həmçinin muzeylərin fəaliyyəti haqqında məlumatların, elmi-metodik ədəbiyyatın mübadiləsi sahələrində sıx əməkdaşlıq nəzərdə tutulur. Rusiya muzeyinin zəngin fondunda Azərbaycan tarixi, tətbiqi incəsənət, xalçaçılıq sənəti, ümumiyyətlə, mədəniyyətimiz üçün vacib və əhəmiyyətli olan xeyli sayda nümunələr var. Həmin eksponatların atribusiyası, sərgilərin təşkili, birgə kataloqların nəşri də nəzərdə tutulur.

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.7.