Yaşa, mənim Azərbaycanım!”

 

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulub

 

İçərişəhərdə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən 5-14 yaş arası uşaqlar və yeniyetmələr arasında keçirilmiş bədii yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılıb.

“Yaşa, mənim Azərbaycanım!” devizi altında keçirilmiş müsabiqəyə təqdim olunan 200 rəsmdən 93-ü sərginin ekspozisiyasına daxil edilib. Onların arasından seçilən 12 rəsm isə “Azərmarka” şirkəti tərəfindən poçt kartları şəklində nəşr olunub.

Müsabiqədə birinci yeri Mehin Süleymanzadə, ikinci yeri Fuad Anzurov, üçüncü yeri isə Zəhra Məmmədzadə tutublar. Daha doqquz uşağın əl işləri seçilərək mükafatlandırılıb.

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.16.