Paris Matchmüsabiqəsinin qalibləri sırasında

 

Paris şəhərinin meriyasında “Paris Match” jurnalının təşkil etdiyi tələbə fotoqraflar müsabiqəsinin təqdimat mərasimi olub.

Ölkəmizi yarışmada Speos Paris Fotoqrafiya İnstitutunun tələbəsi Maya Bağırova təmsil edib. O, 80 min namizəd arasından seçilmiş 22 finalçıdan biridir.

Finalçılar “Paris Match” jurnalının medalları ilə təltif olunublar.

Qeyd edək ki, Maya Bağırova Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür Nərgiz Xeyriyyə Fondunun dəstəyi ilə təhsilini Speos Paris Fotoqrafiya İnstitutunda davam etdirir.

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.16.