Dəniz suyu içən it” festivalda mükafat qazanıb

 

 

   Azərbaycanlı rejissor Murad AbiyevinDəniz suyu içən it” filmi Rusiyanın Kazan şəhərində keçirilən “ZILANT” beynəlxalq kinofestivalında (“Qısametrajlı filmlərbölümü) “Ən yaxşı rejissor işinominasiyasında qalib olub. Filmi festivalda ssenari müəllifi prodüser Lalə Əliyeva-Klıçkova təqdim edib.

   “Nərimanfilm” studiyasında çəkilən “Dəniz suyu içən it” qısametrajlı filmi sevdiyi kişinin xəyanətinə məruz qalan və doğulmamış övladını itirən qadının taleyindən bəhs edir. Ruh düşkünlüyü yaşayan qadın kimsənin olmadığı çimərliyə gəlir və bu yer onun həyat tarixçəsinin aydınlaşmasının səssiz şahidinə çevrilir.

 

Mədəniyyət.- 2018.- 2 mart.- S.10.