Qadınlar bayramı konsert proqramı ilə qeyd ediləcək

 

   Martın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 mart - Beynəlxalq qadınlar Gününə həsr olunan konsert proqramı təqdim ediləcək. Filarmoniyadan bildiriblər ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və filarmoniyanın birgə layihəsi əsasında reallaşacaq.

   Konsertdə Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

 

 

Mədəniyyət.- 2018.- 2 mart.- S.2.