Milli Kitabxanada sərgilər

 

   Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı, kinodramaturq, tərcüməçi Ənvər Məmmədxanlının anadan olmasının 105 illiyi və ölkəmizdə landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən olan Əməkdar elm xadimi, akademik Budaq Budaqovun anadan olmasının 90 illiyi ilə bağlı sərgilər təşkil edilib. Həmçinin 1 mart - Dünya mülki müdafiə günü münasibətilə kitab sərgisi açılıb.

 

Mədəniyyət.- 2018.- 2 mart.- S.2.