“Qədim abidələri sadəcə bərpa etmirik, canlı yaşamasını istəyirik”

 

 

   Mehmet Akif Ersoyun yaşadığı evi hər il 1 milyona yaxın turist ziyarət edir

  

   İstanbuldan sonra Türkiyənin ikinci böyük şəhəri olan Ankara tarixə şahidlik etməsi ilə yanaşı, zəngin bir keçmişə sahibdir. Səlcuq və Osmanlı dövrlərinin irsini yaşadan şəhər bir çox vəqf abidələri və tikililəri ilə zəngindir ki, bu sıraya məscid, türbə, hamam, karvansara və muzeylər daxildir. Onların qorunmasında Ankara Vəqfləri Bölgə Müdirliyi mühüm rol oynayır. Qurumun rəhbəri Təməl Ünlü ilə həmsöhbət olduq.

  

   - Ankarada hansı vəqf abidələri mövcuddurbunlar hazırda necə fəaliyyət göstərir?

   - Onların sayı çoxdurilk sırada, təbii ki, məscidlər, həmçinin türbələr dayanır. Bundan başqa, vəqf abidələrinə karvansaralar aiddir. Səlcuq və Osmanlı memarlığında önəmli yer tutan bu tikililər ticarət məqsədli karvanların, səyahət edən insanların gecəni rahat və təhlükəsizlik içərisində keçirə bilmələri üçün nəzərdə tutulub. Məsələn, Ankaranın Atpazarı meydanında yerləşən Çəngəl karvansarası bizim dövrümüzə olduqca orijinal halda gəlib çıxıb. Klassik Osmanlı şəhəriçi karvansaraları kimi o da iki mərtəbədən ibarətdir. Kitabəsində 1522-ci ilə aid olduğu qeyd edilir. Tikilidə restavrasiya işləri 2005-ci ildə başa çatıb və hazırda həm də muzey kimi fəaliyyət göstərməkdədir. Digər vəqf əsəri olan Çukur karvansarası da ona bitişikdir. XVI-XVII əsrlərə aid olan abidə 2010-cu ildə təmir edilərək butik hotel kimi xidmətə verilib. Öz funksiyasına uyğun fəaliyyət göstərən qədim tikililərdən biriŞengül hamamıdır. XVI əsrə aid olan tikili qadın və kişi hamamı olmaqla iki hissədən ibarətdir. Ankara Vəqf Əsərləri Muzeyi isə Orta əsrlərdən günümüzə qədər xalı, kilim, taxta, çini, dəri və əlyazma əsərlərinin qorunduğu məkandır ki, bura da xeyli sayda ziyarətçiyə xidmət etməkdədir.

   Bunlardan başqa, mülk tikililər də mövcuddur. Bu sıraya böyük türk şairi Mehmet Akif Ersoyun eviAnkara Dövlət Teatrları Müdirliyinin istifadə etdiyi bir bina daxildir. İkinci bina 1927-ci ildə mülk kimi tikilib. Zamanında orada millət vəkilləri, yazar və şairlər də yaşayırmış. Ümumiyyətlə, biz əski mülkləri, qonaq evlərini kirayə verirya hotel kimi də istifadə edirik. Məsələn, Sulu karvansarası ticarət mərkəzi kimi istifadə olunur ki, orada da 115 kirayəçimiz var. Yəni biz bütün bu qədim tikililəri təmir edib sadəcə muzeyə çevirmədik, canlı yaşasın dedik.

  

   - Yəqin ki, bu qədim abidələrin ziyarətçiləri çox olur. Bu proses necə tənzimlənir və ən çox turist marağını cəlb edən abidəniz hansılardır?

   - Mehmet Akif Ersoyunİstiqlal marşı”nı yazdığı ev daha çox ziyarət edilən obyektlərimizdən biridir. Şəhərin turizm məqsədli tikililərinin ziyarətinə Mədəniyyət və Turizm Nazirliyi cavabdehdir. Bu tikililər həm tarixi abidələr, həm turistik məkanlardır. Turizm sahəsində çalışanlar bizə tez-tez müraciət edirlər, biz də abidələrimizi onlara tanıdırıq. Onlar da bu yerləri öz marşrutlarına, səyahət proqramlarına daxil edirlər. Həmçinin, ayrı-ayrı məkanlarda bizim məsul əməkdaşlar çalışır. Məsələn, Mehmet Akif Ersoyun yaşadığı evi hər il 1 milyona yaxın turist ziyarət edir. Qeyd edim ki, bu ziyarət pulsuzdur. Biz turistləri qarşılayır, gəzdirir və yola salırıq. Şair bu evdə 18 ay oğlu ilə birlikdə yaşayıb. Bundan başqa, məsələn, Hacı Bayram məscidinin yanında tapınaq və Hacı Bayram Vəlinin türbəsi var ki, bu da insanları cəlb edir. Ankarada ən önəmli belə tarixi abidələrdən biri də Səlcuqlu dövrü yadigarı Aslanhane məscididir. Abidə 1289-90-cı illərə aiddir. Məscidin tikintisində taxta sütunlardan istifadə olunub. Təmir-bərpası 2013-cü ildə başa çatıb.

 

   - Bu abidələrin təmir-bərpası zamanı hansı qaydalara əməl olunur? Cümhuriyyət qurulduqdan vəqflərin sayında dəyişiklik oldumu?

   - Təmir üçün layihə hazırlanır, xüsusi komissiyada baxılır və sonra icra olunur. Çünki abidə mütləq öz orijinallığını qorumalıdır. Vəqflərin sayına gəlincə, Cümhuriyyətin elan olunmasından bəri Ankara bölgəsində 900 yeni vəqf qurulub. Məsələn, sağlıq, şəhid və qazi ailələrinə yardım, təhsilə yardım və s. məqsədlərlə qurulan vəqfləri buna misal göstərə bilərik.

  

   - Ənənəvi olaraq “Vəqflər həftəsi” keçirirsinizbu tədbir hər il bir mövzuya həsr edilir. Builki tədbirin mövzusuolacaq?

   - Builki ənənəvi “Vəqflər həftəsi” tədbirini may ayının əvvəllərində keçirməyi planlaşdırırıq. Budəfəki mövzumuz isə “Vəqf quran qadınlar” olacaq. Bizim vəqf quran, xeyriyyəçilik edən çox sayda qadınlarımız olub. Məsələn, Məlikə Hatun xeyriyyəçi bir qadın olub. O, XIV əsrdə Ankarada yaşayıb və hətta Məlikə Hatun adlı türbə də var. Ankarada açılan yeni məscid də onun adını daşıyır. İstanbulda Bezmi Alem Osmanlı tarixinin ən tanınmış xanımlarından biri olub. Hamam, məscid daxil olmaqla bir çox memarlıq əsərlərinin tikilməsinə rəhbərlik edib, vəqflər qurub. Ən önəmli tikililərdən biri 1843-cü ildə inşa etdirdiyi Bezmi Alem Validə Sultan Vəqfi Gureba Xəstəxanası olub. Qərib və kimsəsizlərin müalicəsi üçün yaradılan bu xəstəxana hələ də İstanbulda Bezmi Alem Universitetinin Tibb fakültəsi olaraq yaşadılmaqda və xəstələrə şəfa verməkdədir. Yaxud Sultan Süleymanın həyat yoldaşı Hürrəm sultan. O da tarixdə xeyriyyəçi vəqf quran qadın kimi qalıb. Biz işdə Səlcuq və Osmanlı mədəniyyətini davam etdiririk. Məsələn, o zamanlar karvansaraya gələn qonaq bir gün pulsuz qalırmış. Gecə qalar, gündüz yola çıxarlarmış. Bu xeyriyyəçilik əməllərini bu gündavam etdiririk.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2018.- 2 mart.- S.13.