Xalq Cümhuriyyəti və milli ideologiyanın təşəkkül tapması

 

 

   Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından birimilli ideologiyanın banisi kimimövzusunda dəyirmi masa keçirilib.

   Universitetin Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva çıxış edərək Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ilielan olunduğunu xatırladıb, il ərzində silsilə tədbirlərin keçiriləcəyini bildirib.

   Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi Cümhuriyyətin yaradılmasının Azərbaycanın tarixində çox mühüm hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, Xalq Cümhuriyyətinin yaranmasında M.Ə.Rəsulzadə siyasi lider kimi böyük rol oynayıb. Alim Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Rəsulzadə sosial-demokratik, ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətində fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub. Tarixçi ictimai fikirdə azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində Rəsulzadənin xidmətlərindən söz açıb.

 

 

Mədəniyyət.- 2018.- 2 mart.- S.15.