Mədəni əlaqələrimizin möhkəmləndirilməsində xidmətlərinə görə

 

   Prezident İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluqordenini təqdim edib

  

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.  

   Dövlətimizin başçısı Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevin keçən il qeyd olunan yubileyi münasibətilə təbriklərini çatdırıb və onun Azərbaycan Respublikasının “Dostluqordeni ilə təltif edildiyini vurğulayıb. Prezident Məmmədəli Ağayevin 25 ildən artıqdır ki, Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini deyib. Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlət başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğulayıb.

   Prezident Məmmədəli Ağayevin həmişə Azərbaycanla yaxından əlaqə saxladığını, vətənindən ayrılmadığını, eyni zamanda Rusiya-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirərək bildirib ki, ikitərəfli münasibətlərimizin inkişafında mədəniyyət əlaqələri xüsusi rol oynayır.

   Dövlət başçısı keçən il imzaladığı sərəncamla Məmmədəli Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edildiyini bildirib və “Dostluqordenini ona təqdim edib.

   Bir çox dövlət mükafatlarına layiq görüldüyünü qeyd edən Məmmədəli Ağayev Azərbaycan Respublikasının “Dostluqordeninin onun üçün xüsusi dəyər daşıdığını vurğulayıb. O, 38 ildir Moskvada yaşadığını qeyd edərək bildirib ki, bütün ömrünü teatr sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsi işinə həsr edibbundan sonra da Rusiya-Azərbaycan mədəni əlaqələrinin yüksək səviyyədə olması üçün səylərini əsirgəməyəcək.

   Sonda xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.2.