Gənc yazarlarla görüşkitab təqdimatı

 

   Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nunİnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, YAP Binəqədi rayon təşkilatı, “Luç” Ədəbi-Yaradıcılıq Birliyi və Binəqədi rayon MKS-nin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan gənc yazarlarla görüş keçirilib. Layihənin əsas məqsədi gəncləri mədəni və ədəbi fəaliyyətə təşviq etmək, gənc yazarları oxuculara tanıtmaqdır. Tədbirdə gənc yazar, şairə Gülnur Aslanın yaradıcılığı haqqında söhbət açılıb və müəllifin “Anqelos” kitabının təqdimatı olub.

   Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, UNESCO-nunİnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Nazirlər Kabinetinin Humanitarsosial məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Quliyeva, “Luç” Ədəbi-Yaradıcılıq Birliyinin sədri, professor Tofiq Məlikli, digər qonaqlar, gənc yazarlar iştirak ediblər.

   MKS-nin fəal oxucuları Gülnur Aslanın rus dilində şeirlərini səsləndiriblər.

   Yazıçılar Birliyi yanında “Luç” Ədəbi-Yaradıcılıq Birliyinin gənc üzvləri Aynel Aydayeva, Bəxtiyar Cəfərov, Leyla Qurbanova, Səidə Sübhi öz şeirlərini oxuyublar.

 

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.5.