Gənc ifaçının konserti

 

   Martın 9-da “YARAT” Müasir İncəsənət Mərkəzində gənc ifaçı Ləman Dadaşova konsert proqramı ilə çıxış edəcək. Konsert zamanı klassik mahnıların, həmçinin cazpop üslubunda məşhur xarici mahnıların kaver versiyaları ifa olunacaq.

   Qeyd edək ki, müxtəlif musiqi janrlarında mahnılar ifa edən, çox nadir kontralto səs tembrinə malik gənc müğənni 2016-cı ildə “Səs” (Azərbaycan) televiziya layihəsinin yarımfinalçısıdır.

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.5.