Folklor qrupunun təqdimatı

 

   Martın 2-də Biləsuvar rayon mərkəzindəki Heydər Əliyev adına parkda Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Mədəniyyət mərkəzinin "Qaravəlli" folklor kollektivinin təqdimatı və "Cəngi" xalq kollektivinin konserti təşkil edilib.

   Regional idarənin rəisi Elçin Hüseynov tədbiri açaraq mədəniyyət işi sahəsində rayonlararası mübadilədən danışıb və bu prosesin gələcəkdə daha da inkişaf etdiriləcəyini bildirib. Qeyd edilib ki, keçirilən belə tədbirlər ümumi işimizə köməkdir.

   Folklor kollektivinin təqdimatı və konsert proqramı sakinlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.6.