“Ələddin” uşaq müziklinin premyerası

 

 

   Aprelin 15-də Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklinin premyerası olacaq.

   Azərbaycanda ilk uşaq müziklinə Əməkdar artist İnarə Babayeva quruluş verib. Rollarda populyar estrada ifaçıları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Əməkdar artist Ələkbər Əliyev, başqa tanınmış aktyor və müğənnilər çıxış edəcəklər.

   Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, rəngarəng musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq.

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.8.