“Baharı birlikdə qarşılayaq”

 

  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri əl işlərini təqdim etdilər

  

   Martın 3-də Bakıdakı Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin əl işlərindən ibarət “Baharı birlikdə qarşılayaq” adlı sərginin açılış mərasimi keçirildi.

   Tədbirdə məktəbin direktoru Əziz Qarayusifli çıxış edərək son illər tədris ocağının qazandığı uğurlardan bəhs etdi. Direktor sərginin əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu layihənin ərsəyə gəlməsində məktəbin müəlliməsi Nigar Şıxəliyevanın böyük zəhməti var.

   Bildirildi ki, sərgidə 30-dək şagirdin müxtəlif mövzularda 70-ə yaxın rəsm əsəri yer alıb. Əsərlərdə əsas yeri bahar mövzusu tutur.

   Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Tədbir bədii kompozisiya ilə davam etdi. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında musiqilər səsləndirildi, rəqslər nümayiş olundu.

   Sonda sərgi iştirakçılarına diplom və hədiyyələr təqdim edildi.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.8.