“Baku Guide” bələdçi kataloqunun mart sayında

 

   Novruz Azərbaycan xalqının ən qədim gözəl bayramıdır. Onun məxsusi ab-havasını dərindən hiss etmək üçün bayram günlərində sizlərə, şəhərimizi gəzib-görməklə yanaşı, Azərbaycanın regionlarına da səyahət etməyi yerli əhalinin ənənələri ilə yaxından tanış olmağı tövsiyə edirik.

   Bu fikirlər Azərbaycan paytaxtına təşrif buyuran xarici qonaqlar üçün səyahət bələdçisi olan “Baku Guide” kataloqunun 2018-ci il mart sayında diqqətə çatdırılır. İngilis rus dillərində hazırlanan kataloq “Baku Guide” MMC tərəfindən nəşr olunur. Şəhərimizi istirahət, ziyarət ticarət məqsədli bütün özəllikləri ilə təqdim edən nəşrin mart sayı da maraqlı yazılar, illüstrativ materiallar, faydalı informasiyalarla zəngindir.

   Nəşrin ənənəviBakını kəşf etbölməsində paytaxtın tarixi-mədəni turistik panoramı təqdim olunur. Həmçinin paytaxtdan regionlara günlük səfər etmək istəyənlər üçünAzərbaycan üzrə yaz marşrututəklif olunur. Bu dəfə marşrut Şamaxı, İsmayıllı, Qəbələ, Şəkidən keçir.

   Mart ayının ən əlamətdar günləri olan Novruz bayramı haqqındaBaharın doğuluşuadlı yazıda ətraflı söz açılır, bayramın özəllikləri, Novruz öncəsi dörd çərşənbənin mahiyyəti, ayinləri, səməni, bayram süfrəsi ilə bağlı maraqlı məqamlar diqqətə çatdırılır.

   Əsrarəngiz Bakı...” yazısında şəhərin daha çox yerli sakinlərin tanıdığı məşhur məkanlarından bəhs olunur. Eyni zamanda qonaqlara Bakının göydələnlərindəki restoranlarda ləziz yeməklərdən dadaraq şəhərin ecazkar görüntüləriniulduzların altındaseyr etmək təklif edilir.

   Bu bölmədə həmçinin gənclərin aktiv istirahəti, balacalar üçün əyləncə mərkəzləri barədə məlumat verilir. Bakının musiqili axşamlarıyazısı milli xarici musiqilərin müşayiəti ilə nahar şam etmək istəyənlərə ünvanlanıb.

   Azərbaycan Müasir İncəsənət Muzeyindəki avanqard ənənələryazısı, xalçalarla maraqlı instalyasiya 3D əsərlər yaradan rəssam Faiq Əhmədin ekspozisiyası haqqında material isə sənətsevər səyahətçilərin xüsusilə diqqətini çəkəcək.

   KataloqunSənət mədəniyyətbölməsində ənənəvi olaraq ay ərzində paytaxtın mədəniyyət müəssisələrində keçiriləcək tədbirlər, teatrların, muzeylərin, qalereyaların, konsert salonlarının repertuarı yer alır. Bununla bərabər, hər mədəniyyət sənət məkanı haqqında yığcam tanıtım mətnləri müvafiq fotolar da verilir. Yeri gəlmişkən, kataloqun bütün bölmələrini şəhərin xüsusi memarlığı ilə seçilən məşhur tarixi binalarının siluetləri müşayiət edir. Bakı haqqında maraqlı faktlarsəhifəsində bu dəfə şəhərimizdə lentə alınmış məşhur xarici filmlərdən söz açılır.

   Kataloqda mart ayı ilə bərabər qarşıdakı aylarda Bakıda keçiriləcək böyük tədbirlərin, beynəlxalq yarış, sərgi festivalların (AİTF 2018 turizm sərgisi (aprel), Bakı Şopinq Festivalı (aprel-may), Formula 1 (aprel), “Tour d`Azerbaidjanyarışı (may), “Jarafestivalı (iyul) s.) anonsu verilir.

   Yemək içkilərbölməsində paytaxtın yerli dünya mətbəxi nümunələri təklif edən məşhur restoran kafeləri, bar pabları barədə informasiyalar verilib. Bundan əlavə, milli mətbəximizin şahı sayılan plov haqqında, onun bir-birindən ləziz növləri barədə ayrıca yazı dərc olunub.

   Şopinqbölməsi şəhərimizin həm istirahət, həm ticarət həvəskarı olan qonaqlarına bələdçilik edir. Burada Bakının iri ticarət mərkəzləri, milli suvenirlər brend mallar təklif edən mağazaları barədə zəruri məlumatlar almaq olar.

   Əyləncəbölməsində şəhərdəki kino nümayişi məkanları, gecə klubları, müxtəlif sərgilər barədə xəbərdar olmaq, eləcə Bakı şəhər turu”nun (Baku City Tour) marşrutu ilə tanış olmaq olar.

   Görməli yerlər tarixi abidələrbölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə dəvət edir.

   Kataloqun ənənəvi “İnfo-bələdçi” bölməsində turistlər üçün zəruri bilgilər, “ASAN Viza” və “Tax Free” xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin, turizm informasiya mərkəzlərinin ünvan və telefonları təqdim olunur.

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.16.