“Rənglərin bir anı”

 

   Martın 7-dən 9-dək Azərbaycan Milli İncəsənət Muzeyində rəssam Nailə Əhmədovanın rəngkarlıq əsərlərindən ibarət “Rənglərin bir anı” adlı fərdi sərgisi keçirildi.

   Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək müəllifin yaradıcılıq yolundan, onun sərgidə nümayiş olunan əsərlərindən söz açdı. Bildirdi ki, rəssam daima yaradıcılıq axtarışındadır, onun əsərləri yurdumuzun gözəlliklərini əks etdirir. F.Xəlilov rəssama yeni yaradıcılıq uğurları arzuladı.

   Rəssamlar İttifaqının katibi Rafiq Kərimov rəssam Nailə Əhmədovanın yaradıcılıq uğurlarını yüksək qiymətləndirdi, ona həsr etdiyi şeiri oxudu.

   Müəllif N.Əhmədova qonaqlara təşəkkürünü bildirdi, onları sərgiyə baxmağa dəvət etdi.

   Sonra sənətsevərlər rəssamın yağlı boya əsərləri ilə yaxından tanış oldular. Əsərlər əsasən mənzərə, natürmort janrlarındadır. Rəssamın yaradıcılığında Abşeron motivi ayrıca yer tutur.

 

  S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.4.