Rastmuğam dəsgahı təqdim olunub

 

   Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi, AMEA, Bəstəkarlar İttifaqı Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilənMuğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir.

   Martın 8-də Beynəlxalq Muğam Mərkəzində festival çərçivəsində musiqi axşamı təşkil olunub. Gecədə tamaşaçılar gənc xanəndə Elnur Zeynalovun məharətlə ifa etdiyiRastmuğam dəsgahını dinləyiblər.

   Orta əsrlər musiqi elmində “Rastbirincibütün digər muğamların əsası sayılır. Dahi bəstəkar Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kitabında “Rast”ı indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam adlandırıb.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.5.