Tariximizin qara səhifələrindən bəhs edən kitab İsraildə çap olunub

 

 

   Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin qurbanlarından bəhs edən “Black snowdrops” (“Qara qar damcıları”) kitabı İsraildə çap olunub.   

   Çexiyanın paytaxtı Praqada və ABŞ-ın Texas ştatının Hyuston şəhərində təqdimatları keçirilən kitab bu günlərdə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZIZ) direktoru Lev Spivak tərəfindən Azərbaycan Milli Kitabxanasına təqdim edilib.

   Kitabxananın direktoru Kərim Tahirov qonağa təşəkkürünü bildirərək xaricdə Azərbaycan haqqında kitabların, tarixi həqiqətlərdən bəhs edən nəşrlərin işıq üzü görməsinin əhəmiyyətini qeyd edib.

   Direktor İsrail və Azərbaycanın milli kitabxanaları arasında anlaşma memorandumu layihəsinin hazırlandığını da diqqətə çatdıraraq sənədin imzalanmasından sonra kitab mübadiləsinin həyata keçiriləcəyinə, kitabxananın fondunun daha da zənginləşəcəyinə ümid etdiyini bildirib.

   Lev Spivak müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çexiya) olanBlack snowdrops” kitabının ingilis, rusçex dillərinə tərcümə olunmuş versiyalarını, kitabın rus dilində audio diskini Milli Kitabxanaya təqdim edib. Qonağa Milli Kitabxana haqqında kitab-albom hədiyyə edilib.

 

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.10.