Kulinariya mütəxəssisləri və qurmanlar Dubayda bir araya gəlib

 

   Dubay Qastronomiya Festivalı (DFF) beş ildir dünyanın hər yerindən mütəxəssisləri, fərqli ləzzətlər və parlaq təəssüratlar axtarışında olan insanları cəlb edir. Bu il festival fevralın 22-dən martın 10-dək keçirilir.

   Beşinci festivalın fəxri qonaqları Azərbaycan, Rusiya və Qazaxıstanın qastronomiya sahəsində ekspertləridir. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov, Moskvadakı “Selfie” restoranının baş aşpazı Anatoli Kazakov və Qazaxıstan Baş Aşpazlar Assosiasiyasının prezidenti, teleaparıcı Aleksandr Trequbenko festivalda iştirak edirlər.

   Aşpazlar Dubayın qastronomik xəritəsini sahil xətti boyunca yerləşən “Beach Canteenfestival məkanında öyrənməyə başlayıblar. Burada yerləşən çoxsaylı kafefudtraklarda (kafe-furqonlarda) yerlifast food” çeşidlərinin, məşhur restoranların kornerlərində (pavilyonlarında) ləziz mətbəx təamlarının dadına baxmaq olar. Sonra qastronomiya ekspertləri şəhərdə müxtəlif milli mətbəxlərin yeməklərinin təqdim olunduğu məkanlara baş çəkiblər.

   Tahir Əmiraslanov festival barədə təəssüratlarını bölüşərək deyib: “Dubay müxtəlifliyi ilə insanları heyrətləndirir. Sanki dünyanın bütün mətbəxləri bir şəhərdə cəmləşib: burada ərəb, hind, Avropa mətbəxi təmsil olunub. Statistikaya görə, turist ölkəni 82 faiz məhz qastronomik imkanlarına görə yadda saxlayır. Odur ki, belə festivalların keçirilməsi qastronomik rəngarəngliyi göstərmək, daha çox turist cəlb etmək, onlara “ölkəni dadmaq” fürsəti yaratmaqdır”.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.9.