Rusiya telekanalında Müslüm Maqomayevin xatirəsi anılıb

 

 

   Rusiyanın Birinci televiziya kanalı martın 4-də görkəmli musiqiçi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayev haqqında “Sənsiz günəş yoxdur” sənədli filminidahi sənətkarın 75 illik yubileyi münasibətilə ötən il Moskvada keçirilmiş konsert proqramının lent yazısını tamaşaçılara təqdim edib.

   Bu gün axşamverilişinin növbəti buraxılışı da görkəmli həmyerlimizə həsr olunub. Yuliya Menşovanın aparıcısı olduğu verilişdə Müslüm Maqomayevin xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, müğənni Emin Ağalarov, Rusiyanın Xalq artisti Gennadi Xazanov və başqaları iştirak ediblər.

   Verilişdə Müslüm Maqomayevin qızı, hazırda ABŞ-da yaşayan Marina Maqomayeva oğlu və həyat yoldaşı ilə birlikdə videobağlantı vasitəsilə atası barədə xatirələrini bölüşüb. Müslüm Maqomayevin uşaqlıq dostu, rejissor Oqtay Mirqasımov müğənninin uşaqlıq və gənclik illərindən söhbət açıb.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.10.