Muğam tədqiqatlarına dair monoqrafiyalar nəşr edilib

 

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində muğama dair iki monoqrafiya nəşr olunub.

   Fonddan bildiriblər ki, AMEA-nın müxbir üzvü Könül BünyadzadəninMuğam fəlsəfəsimonoqrafiyasında muğamla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirilir. Tədqiqatda, həmçinin muğamın multikultural mahiyyəti araşdırılır.

   Sevil FərhadovanınAzərbaycan muğam-dəsgahının tarixi köklərimonoqrafiyası (rus dilində) isə muğamın yaranma tarixini onun genezisini açıqlayan fənlərarası tədqiqat işinin nəticələri əsasında yazılıb. Monoqrafiyadamuğamsözünün etimologiyası, həmçinin tədqiqat predmetinin özü yeni səpkidə interpretasiya edilir. Kitabda muğam-dəsgahının konseptual məzmunu ilə bağlı bir çox suallara Azərbaycan mədəniyyət irsinin bütün sahələrində geniş təqdim edilmiş həndəsə rəqəmin konseptuallığı ilə aydınlıq gətirilir.

   Monoqrafiyalar fəlsəfə, musiqişünaslıq, kulturologiya, incəsənət, psixologiya, fenomenologiya digər elm sahələrinin mütəxəssisləri geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

   Nəşrlərin “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ərəfəsində işıq üzü görməsi xüsusi əhəmiyyət daşıyır.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.15.