Bu ellərə yaz gəlir”

    

   Bakının Pirallahı qəsəbəsindəki Vaqif Mustafazadə adına Mədəniyyət mərkəzində Od çərşənbəsi və Beynəlxalq Qadınlar Gününə həsr olunmuşBu ellərə yaz gəlir” adlı tədbir keçirilib.

   Tədbirdə Bakının 186, 243, 235, 168, 231 saylı məktəblərinin, “Bulaq”, “Cırtdan”, “Çobanyastığı”, “Qağayı” uşaq bağçalarının, 14 saylı Musiqi məktəbinin, 4 saylı Uşaq-gənclər inkişaf mərkəzinin, Vaqif Mustafazadə adına Mədəniyyət mərkəzinin xanım işçiləri iştirak ediblər.

   Ən yaxşı xonça və şəkərbura naxışı müsabiqəsi keçirilib. Tədbirdə çərşənbələrə aid bayatılar, haxıştalar deyilib, rəqslər, oyunlar nümayiş olunub.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.6.