“Dədə Qorqud” və “Koroğlu” dastanları ilə bağlı kitablar nəşr olunub

 

   Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyyatı”, “Koroğlu” dastanında obrazlar sistemi” kitabları nəşr olunub.

   “Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” kitabında eposun milli ədəbi fikrin inkişaf tarixində yeritarixi öyrənilib, müasir Azərbaycan nəsrində, poeziyasında və dramaturgiyasında dastanların ideya və motivlərinin inkişaf istiqamətləri müəyyənləşdirilərək tədqiq olunub.

   Koroğlu” dastanında obrazlar sistemi” kitabında isə poetik struktur problemi nəzəri təhlil edilib. Əsərdə dastanın mətninə, hər şeydən əvvəl epik sistem kimi yanaşılıb və bu yanaşma dastanın obrazlar sisteminin quruluş səviyyələrini aşkarlamağa imkan yaradıb. Kitabda dastanın süjeti epik obrazlaşmanın səviyyələrindən biri kimi götürülüb.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.12.