Ən qocaman sənət bayramımız

 

   Peşəkar milli teatrımızın 145 yaşı tamam olur

  

   Azərbaycanda sırf incəsənətlə bağlı bir neçə peşə bayramı var ki, yaşına və əhatə dairəsinə görə onların arasında ən böyüyü Milli Teatr Günüdür. 1873-cü ilin 10 martında Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə tarixə yazılan bu gün 2013-cü ildən bəri ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə bütün teatr işçilərinin peşə bayramı kimi qeyd edilir.   

   Bu il Azərbaycan teatrı üçün iki önəmli ildönümü - milli peşəkar teatrın yaranmasının 145, Azərbaycan Teatr Xadimləri İttifaqının sələfi olan Artistlər İttifaqının 120 illik yubileyləri ilə əlamətdardır.

  

   “Zaman teatr” - elmi-praktik konfrans

  

   Bu münasibətlə martın 9-da Teatr Xadimləri İttifaqında (TXİ) “Zaman teatr: 145 ilin əsas inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirildi. Əvvəlcə TXİ idarə heyətinin sədri, Xalq artisti, professor Azərpaşa Nemətov tədbirə toplaşanları salamlayaraq Milli Teatr Günü münasibətilə təbrik etdi.

   İttifaqın idarə heyətinin sədr müavini, Xalq artisti Hacı İsmayılov konfransı açıq elan edərək ilk məruzəçini - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlini tribunaya dəvət etdi. İ.Rəhimli “Milli teatr müstəqillik yolu” adlı məruzəsində çar Rusiyası zamanında, Cümhuriyyət dövründə, sovet dövrü müstəqillik illərində Azərbaycan teatr sənətinin keçdiyi inkişaf yollarına qısa ekskurs edərək hər dövrdəki teatr mühitinin xarakterik cizgilərini açıqladı. Keçmiş SSRİ ərazisində Volqaboyundan Aşqabadadək teatrların yaranmasında Azərbaycan teatr xadimlərinin müstəsna rolundan danışan məruzəçi söylədi ki, bizim milli teatrımız multikultural dəyərlər baxımından dünya üzrə ilk sıralarda olmağa layiqdir. Ölkə ərazisində əsas dövlət dilindən başqa, rus, gürcü ləzgi dilində dövlət teatrlarının fəaliyyət göstərdiyini vurğulayan İ.Rəhimli indiyədək Azərbaycan teatrlarında yetmişdən çox xalqın milli dramaturgiya nümunəsinin tamaşaya qoyulduğunu bildirdi.

   ADMİU-nun doktorantı Aida Qafarova isə “Teatr Xadimləri İttifaqının Azərbaycan teatr prosesində rolu” mövzusunda çıxışında qurumunun indiyədək keçirdiyi festival müsabiqələr, yubiley anım tədbirləri, işıq üzü görən tematik nəşrləri barədə danışdı.

   Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun “Klassik əsərlərin səhnə təcəssümündə ənənə novatorluq”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadənin “Səhnəqrafiya: tarixdən bu günə”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rafiq Sadıxovun “Azərbaycanda rejissuranın inkişaf mərhələləri”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın “Teatr musiqi” mövzusunda maraqlı məruzələri dinlənildi.

  

    Sənətə fədakar xidmətə görə

   

   Həmin gün qısa fasilədən sonra Milli Teatr Günü münasibətilə daha bir tədbir baş tutdu. TXİ ilə Mədəniyyət Turizm Nazirliyinin birgə tədbirində yuvarlaq yubileylərini qeyd edən teatr xadimlərinə, teatrlarda uzun illər yaradıcı, texniki inzibati sahələrdə əmək sərf etmiş insanlar, eləcə gənc aktyor aktrisalar təltif edildi.

   Təqdimat mərasimində çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev əvvəlcə teatr sahəsində çalışan xanımları geridə qalan 8 mart - Beynəlxalq Qadınlar Günü, hamını isə 10 mart - Milli Teatr Günü, qarşıdan gələn Novruz bayramı, həmçinin 27 mart - Beynəlxalq Teatr Günü münasibətilə təbrik etdi.

   Nazir müavini çıxışında Azərbaycan teatrının müasir inkişaf yolundan söz açaraq söylədi ki, son 10 ildə teatrlarımız dünyanın 58 ölkəsində tamaşa oynayıblar. Teatrda çalışan texniki işçilər, rejissor rəssamlar xarici ölkələrdə ustad dərslərinə, 6 aylıq ikiillik kurslara ezam ediliblər. Azərbaycan artıq dünyada teatral ölkə kimi tanınır. Əgər 2010-cu ildə Bakıda keçirilmiş ilk beynəlxalq teatr konfransında 20 ölkədən nümayəndə iştirak etmişdisə, bu ilin noyabrında keçiriləcək V konfransda 70 ölkəni təmsil edən 200-dən artıq teatr xadimi iştirak etmək istəyini bildirib. Eləcə 2014-cü ildə keçirilmiş I Şəki Beynəlxalq Teatr Festivalına cəmi 3 ölkə qatılmışdısa, bu il təşkilat komitəsinə 63 ölkədən iştirak istəyi barədə təklif daxil olub. Lakin festivalın formatı nəzərə alınaraq 15 ölkə teatr bayramına dəvət edilib. Bütün bunlar ölkə rəhbərliyinin teatra teatr insanlarına göstərdiyi qayğının təzahürüdür. Teatr binaları təmir bərpa edilir, yenidən qurulur. Son on ildə ölkə teatrlarında səhnəyə vəsiqə almış 1082 tamaşanın 250-si dövlət sifarişi ilə hazırlanıb. Teatr sahəsində çalışan 887 nəfər fəxri ada, 15 nəfər isə ali dövlət mükafatına - “Şərəf” “Şöhrət” ordenlərinə layiq görülüb.

   Ədalət Vəliyev çıxışının sonunda Mədəniyyət Turizm Nazirliyinin rəhbərli kollegiyası adından bir daha ölkənin teatr ictimaiyyətini bayram münasibəti ilə təbrik edərək, hər kəsə uğurlar arzuladı.

   Sonra təltifat mərasimi oldu. Xalq rəssamı Nazim Bəykişiyev, Xalq artisti Zemfira Nərimanova, Əməkdar artist Hicran Nəsirova (hər üçü Akademik Milli Dram Teatrı), aktrisa Sonra Quliyeva (Azərbaycan Dövlət Kukla Teatrı), aktyorlar Rafiz Mehdizadə (Dövlət Pantomima Teatrı) Sayad Əliyev (Lənkəran Dram Teatrı), Faiq İskəndərov (TXİ-nin baş mütəxəssisi), rəssam Sara Məmmədova (Gəncə Kukla Teatrı) Mədəniyyət Turizm Nazirliyinin fəxri fərmanına layiq görüldülər. Aktrisalar Günel Məmmədova (Gənc Tamaşaçılar Teatrı), Lina Məmmədova (Azərbaycan Dövlət Kukla Teatrı), Gültac Əlili (Musiqili Teatr), Mətanət Eres (Şuşa teatrı), Zümrüd Qasımova (Yuğ teatrı), Milli Dram Teatrının dekor sexinin rəisi Tarix Kərimov, Opera Balet Teatrının dekorçu rəssamı Tehran Babayev həmin teatrın direktor müavini Arzu Rzayev, Rus Dram Teatrının direktor müavini İlham Məmmədov nazirliyin «Fəxri mədəniyyət işçisi» döş nişanı ilə təltif edildilər.

   Teatr Xadimləri İttifaqı da sənət adamları qarşısında borclu qalmadı. Ötən ilin sonunda 70 yaşını qeyd etmiş Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyliyə “TXİ-nin fəxri üzvü”nün vəsiqəsi və “Sənətkar” medalı təqdim edildi.

   Bu il yuvarlaq yaş dönəmlərini qeyd edən daha 14 nəfər teatr xadimi də “Sənətkar” medalı ilə təltif edildi, 13 nəfərin çoxillik əməyi isə TXİ-nin fəxri fərmanı ilə qiymətləndirildi.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.2.