“Nar bağıfilmi Kayseridə nümayiş olundu

 

   Mövzular bir-birinə bənzəyə bilər, önəmli olan onun necə ifadə olunmasıdır ki, İlqar Nəcəf bunu gözəl bacarıb  

   Martın 6-da Türkiyənin Kayseri şəhərində Ərciyəs Universitetinin Sabançı Mədəniyyət mərkəzində C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” (rejissor İlqar Nəcəf) filminin təqdimat mərasimi keçirildi. Tədbir Ərciyəs Universiteti İncəsənət bölməsinin müəllimi Nihal Şengül ali məktəbin azərbaycanlı müəllimləri Nigar Əsgərova Əsli Xəlilqızının təşkilatçılığı ilə baş tutdu.  

   Türkiyənin Azərbaycanın himnləri səsləndikdən sonra mərasimdə açılış nitqi ilə çıxış edən Nihal Şengül böyük bir sevinc içində olduqlarını vurğulayaraq bu təqdimatı iki qardaş ölkənin mədəni əlaqələri baxımından əlamətdar hadisə kimi səciyyələndirdi.

   Sonra film nümayiş olundu. Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən ekran əsərində hadisələr bir kənddə baş verir Azərbaycan ailəsinin dramını əks etdirir. Filmin seyrindən təsirlənən bir çox tamaşaçılar nümayişdən sonra rejissora yaxınlaşaraq həyati reallıqları əks etdirən ekran əsərinə görə minnətdarlıq edirdilər.

   Bu canlı ünsiyyət nümayişdən sonra filmin quruluşçu rejissoru İlqar Nəcəflə görüşdə davam etdi. Rejissor ona ünvanlanan sualları cavablayaraq filmin çəkilməsi, aktyor seçimi s. məsələlərlə bağlı məqamlara aydınlıq gətirdi, özü haqqında məlumat verdi.

   Sonda Ərciyəs Universitetinin rektor müavini, professor Karamehmet Yıldız ali məktəbin adından İ.Nəcəfə təşəkkürnamə təqdim etdi.

   Film barədə təşkilatçıların təəssüratları da maraqlı idi. Nihal Şengün ilk dəfə bir Azərbaycan filmi seyr etdiyini etiraf etdi: “Bu ailə dramını izlədikdən sonra anladım ki, Türkiyə ilə müqayisə etdikdə Azərbaycandakı kənd həyatı onun sosial problemlərinin o qədər böyük fərqi yoxdur. Amma önəmli olan hadisələrin tamaşaçıya çatdırılmasıdır. Çünki mövzular bir-birinə bənzəyə bilər, amma önəmli olan onun necə ifadə olunmasıdır ki, İ.Nəcəf bunu gözəl bacarıb. Dili bilməyən insan belə “Nar bağıkimi filmi seyr etdikdə görüntülərdən hər bir şeyi aydın başa düşə bilər. Hərəkətlər , təbiət hər şeyi deyir. Küləklə yarpağın uçuşu, filmdə musiqinin səslənməməsi, sakitlik içində təbii səslərin fonunda cərəyan edən hadisələr olduqca maraqlıdır. Kaş ki, universitetimizdə çox sayda belə tədbirlər keçirə bilsək. Bizim üçün böyük şansdır ki, İlqar Nəcəf kimi bir sənətçi universitetimizə gəldi”.

   Professor Nigar Əsgərova filmin aktual mövzusuna diqqət çəkdi: “Filmdə rejissor təkcə Azərbaycanda deyil, dünyada baş verən problemi qaldırır. Bu, şəxsiyyətin deqradasiyasıdır. Hadisələrin sonunda oğulun öz atasını ailəsini aldatması ilə sanki torpağın insanlığın ölümü başlayır. Baxırsan ki, filmdə heç kim ölmədi. Ancaq insanlıq öldü. Bu, pessimistik faciədir. İnsanı ağrıdan da bu pessimizmdir. Bir rejissor kimi bütün bu məzmunu rənglərdə göstərmək özü böyük peşəkarlıqdır. Sonda isə hadisələr uşağa elə təsir edir ki, həkimə deyir heç bir gözü ilə rəngləri görmür. Fəxr edirik ki, Azərbaycanda belə bir film çəkilib ölkədən kənarda bəyənilib. Əgər filmə belə bir münasibət varsa, deməli, bu, insanları düşündürən məsələdir. Rejissor, ssenari, tərtibat işləri çox mükəmməldir. Düşündürən bir filmdir. İnsanlar isə təəssüf ki, düşünmək istəmirlər”.

   Əsli Xəlilqızı: “Film salona hakim kəsilmişdi. İlqar Nəcəf bir ailənin dramını, üzüntüsünü, acısını səssizliyin səsində canlandırmışdı. Bu sakitliyin içində bir münaqişə var. Mən inanıram ki, o Azərbaycan kinosunda daha böyük uğurlara imza atacaq”.

   İlqar Nəcəf isə təəssüratlarını belə ifadə etdi: “Tamaşaçı münasibəti müəllifə təsir edir. Əmin olursan ki, doğru yoldasan. Film artıq öz həyatını yaşayır, tamaşaçısı ilə görüşür. Bu gün Ərciyəs Universitetində çox emosional anlar yaşadım kövrəldim”.

   Qeyd edək ki, 2017-ci ildə ekranlara çıxan “Nar bağıfilmi bir sıra beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb. Ekran əsəri ötən ilXarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim edilmişdi.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.16.