Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı

 

   Sənət bayramının açılışı münasibətilə möhtəşəm konsert proqramı təqdim edildi

  

   Ölkəmiz növbəti muğam sənəti bayramına ev sahibliyi edir. 2009-cu ildə əsası qoyulanMuğam aləmiBeynəlxalq Muğam Festivalının beşincisi martın 7-də başlandı. Festival Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilir.  

   Heydər Əliyev SarayındaMuğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edildi. Gecədə dövlət hökumət nümayəndələri, mədəniyyət incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.

   Konsertdən əvvəl jurnalistlərə müsahibə verən görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyev festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, muğam sənətinin qorunaraq gələcək nəsillərə ötürülməsində bu festivalın böyük əhəmiyyəti var. Birinci vitse-prezident Mehriban Əliyevanın muğam sənətinə bu sahədə çalışan sənətkarlara göstərdiyi diqqət qayğıdan söz açan Xalq artisti tədbirin təşkilatçılarına belə bir gözəl muğam bayramının təşkilinə görə təşəkkürünü ifadə etdi.

   Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi festivalın Azərbaycan muğamının qorunması təbliğində müstəsna rol oynadığını söylədi. Bildirdi ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın qədər böyük, zəngin müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut edir. Muğam tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə yeni bir səviyyəyə yüksəlib. Muğam sənətimizin belə bir mövqe tutmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz əməyi var. Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənəti mədəni irsimizin digər qiymətli nümunələrinin UNESCO-nun siyahılarına daxil edilməsi bu zəngin irsin qorunmasına, təbliğinə göstərilən diqqət qayğının təzahürüdür.

   Heydər Əliyev Sarayının səhnəsində Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri əsl sənət nümunələrinin təqdiminə hazır idi. Zövqlə tərtib edilmiş proqramda ilk olaraq tanınmış cazmen Emil Əfrasiyabın ifasında görkəmli Azərbaycan bəstəkarı Qara QarayevinFa major” prelüdünə caz improvizasiya təqdim edildi. Sonra orkestrin ifasında daha bir şedevrin - Fikrət ƏmirovunKürd ovşarı”nın sədası zalı bürüdü. Bu harmonik musiqi keçidində əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança) Çinarə Heydərovanın (kanon) mükəmməl ifası musiqili gecənin iştirakçılarının könlünü oxşadı.

   Gecə boyunca Müslüm MaqomayevinNərgizoperasından ariya, Q.Qarayev C.HacıyevinVətənoperasından ariya, xalq mahnılarıLaçın”, “Qaragilə”, Ü.HacıbəylininLeyli Məcnunoperasından parçalar musiqisevərlərə unudulmaz anlar yaşatdı.

   Bakı Xoreoqrafiya Akademiyası şagirdlərinin ifası, Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının (bədii rəhbər - Xalq artisti Ağaverdi Paşayev, baletmeyster - Xalq artisti Cəmilə Bayramova) çıxışları alqışlarla qarşılandı. Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər - Xalq artisti Gülbacı İmanova) ifasında səslənən Firəngiz ƏlizadəninNəsimipassionundan parça isə tamaşaçıları sanki əsrlər öncəyə apardı.

   Muğam sənətimiz, bəstəkarlarımızın simfonik əsərləri, xalq mahnıları, caz, aşıq havaları və bəstəkar mahnılarından ibarət proqram Azərbaycan musiqisinin möhtəşəmliyini bir daha nümayiş etdirdi. Qeyd edək ki, festivalın açılış konsertinin ideya müəllifi Xalq artisti Firəngiz Əlizadədir.

   Rəngarəng proqram həm də qarşıdakı günlər ərzində “Muğam aləmi” festivalının tamaşaçılara unudulmaz anlar yaşadacağının göstəricisi idi.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.3.