“Zərif əllər, incə tellər”

 

   “Aşıq musiqisi axşamları” bu dəfə xanımlara həsr olunmuşdu

  

   Martın 7-də Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Zərif əllər, incə tellər” adlı konsert proqramı təqdim edilib.  

   8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən konsertdə kişilərdən ibarət aşıqlar qrupunun üzvləri öz ifalarını Azərbaycan qadın aşıq məktəbinin nümayəndələrinə həsr ediblər.

   Gecədə qadın aşıqlara həsr olunmuş videoçarx nümayiş olunub.

   Konsertin ssenari müəllifi və rejissoru, Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar incəsənət xadimi Sənubər Bağırovadır.

   Xatırladaq ki, yanvar ayından başlayan “Aşıq musiqisi axşamları” layihəsi may ayına qədər davam edəcək. Layihənin əsas məqsədi qədim Azərbaycan musiqi irsini ictimaiyyətə geniş təbliğ etməkdir.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.3.