"Şüştər" və "Hümayun" muğamları təqdim olundu

 

   Martın 13-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində daha bir musiqi axşamı keçirildi. Bu dəfə sənətsevərlərə “Şüştər” və “Hümayun” muğamları təqdim olundu.

   Konsert proqramında “Şüştər” muğam dəsgahı - “Əmiri”, “Şüştər”, "Tərkib", "Şüştər”ə ayaq", "Hümayun" muğam dəsgahında isə "Mayə", "Feli", "Mövləvi", "Şüştər", "Tərkib", "Bidad", "Böyük məsnəvi", "Bəxtiyari-Hümayun”a ayaq" ifa olundu.

   Tamaşaçılar “Muğam" instrumental ansamblının müşayiəti ilə xanəndələr Nisbət Sədrayeva və Məmməd Nəcəfovun ifasını alqışlarla qarşıladılar. Konsert proqramında Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Əlağa Vahidin qəzəlləri ifa olundu.

  

   Fariz

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.3.