İCOM Azərbaycan Milli Komitəsindən Novruz layihəsi

 

   İCOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça MuzeyiQala tarix-etnoqrafiya qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə martın 17-də açıq səma altında - Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Novruz bayramına həsr olunmuş layihə gerçəkləşəcək. Layihə çərçivəsində Xalça MuzeyininQala qoruğunun xanım əməkdaşları tərəfindən bayramın atributlarından olan şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçiriləcək.

   İCOM Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikova bildirib ki, layihənin məqsədi xalqımızın milli adət-ənənələrini yaşatmaq, Novruzun qədim mərasimlərini yada salmaq, milli dəyərlərimizi gənc nəslə çatdırmaq, həmçinin, bu gözəl bayramın paylaşmaq, yardımlaşmaq, kütləvilik, birlik kimi əlamətlərini özündə əks etdirən adətlərinə diqqət çəkməkdir.

   Tədbir çərçivəsində Qala qoruğunda tonqal qalamaq, “papaq atdı”, “qapı pusdu”, “fala baxmakimi Novruz adətlərini nümayiş etdirən kiçik səhnəciklər təşkil olunacaq. Muğam üçlüyü tədbirə xüsusi ab-hava qatacaq.

 

   Lalə

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.4.