Regional idarənin kollektivi Cocuq Mərcanlı kəndinə səfər edib

 

   İşğaldan azad olunmuş torpaqda Yel çərşənbəsi

  

   Martın 13-də Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

   Qonaqlar əvvəlcə Füzuli rayonunun Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. SonraAprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.

   Daha sonra Cocuq Mərcanlı kəndinə gələn heyət sakinlərlə görüşüb.

   İdarənin rəisi Elçin Hüseynov işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin böyük fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub.

   Sonra incəsənət ustaları Əlikram Bayramov, Babək Kərimov, Natiq Məmmədov, Vüsal Zamanov, Səxavət Əsgərov, Elman Məmmədov, Gülnarə Qarabağlı və “Cəngi” xalq kollektivinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

   Klub icma mərkəzinin həyətində Yel çərşənbəsi münasibətilə tonqal qalanıb.

   Cəbrayıl Rayon İcra hakimiyyəti başçısının müavini Fəridə İbayeva mənəvi dəstək olduqlarına görə və kütləvi tədbir təşkil etdiyinə görə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivinə minnətdarlığını bildirib. Qonaqlar Cocuq Mərcanlıda yeni tikilən mədəni və sosial obyektlərlə tanış olublar.

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.4.