“Qədim Azərbaycan müasir gənclərin gözü ilə”

 

   Martın 13-də Muzey Mərkəzinin sərgi qalereyasında “Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı art festival açılıb.

    Festivalda 14-29 yaşlı gənclərin heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş geyimləri, zinət əşyaları, musiqi alətləri, milli geyimlər üzrə işləri nümayiş olunur.

   Layihənin məqsədi gənclərin Azərbaycanın milli-mədəni irsi haqqında məlumatlandırılması, eyni zamanda, adət-ənənələrin qorunub saxlanılması və təbliğ edilməsidir.

   Martın 16-dək davam edəcək festivalda Bakı şəhəri ilə yanaşı Sumqayıt, Şəki, İsmayıllı, Biləsuvar, Quba, Şəmkir, Gəncə və Mingəçevirdən dekorativ-tətbiqi sənət ustalarının əl işləri, xalq sənətkarlığı nümunələri sərgilənir.

   Açılış mərasimində rəsmi şəxslər, müxtəlif ölkələrin səfirliklərinin əməkdaşları və gənclər iştirak ediblər.

 

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.4.