Moskvadakı turizm sərgisində ölkəmiz də təmsil olunur

 

   Martın 13-də Rusiyanın paytaxtı Moskvada “MITT 2018” beynəlxalq turizm sərgisi işə başlayıb. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunur.

   Tədbirdə nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə sektorunun müdiri Bəxtiyar Qılıncov və Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Ümid Məcidli iştirak edir.

   Həmçinin sərgidə Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu, “ŞahdağTurizm Mərkəzi QSC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, nazirliyin Rusiya Federasiyasındakı turizm nümayəndəliyi - “Tour A Vent” şirkəti, eləcə də 20 yerli turizm şirkəti və 5 mehmanxana təmsil olunur.

   Sərgidə respublikamızın turizm imkanları 90 kvadratmetr sahədə xüsusi layihə əsasında qurulmuş milli stenddə nümayiş etdirilir. Stend sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün rusingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

   Qeyd edək ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyiyerli turizm şirkətləri “MITT” beynəlxalq turizm sərgisində iştirak edir.

  

Mədəniyyət.-2018.- 14 mart.- S.9.