Bölgə teatrlarında bayram əhvalı

 

   10 mart - Milli Teatr Günü paytaxtın teatr ocaqları ilə bərabər, region teatrlarında da qeyd olunub.   

 

   Lənkəran. Əlamətdar gün münasibətilə Lənkəran Dövlət Dram Teatrında keçirilən tədbiri giriş sözü ilə açan direktor Tofiq Heydərov Azərbaycanda milli peşəkar teatrın yaranma tarixindən, rəhbərlik etdiyi kollektivin inkişaf yolundan, yaradıcılıq planlarından danışıb.

   Bildirilib ki, ötən illər ərzində Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda uğurla iştirak edib. Hazırda kollektiv yüksək yaradıcılıq əzmkarlığı ilə yeni tamaşalar üzərində işləyir. Gənc rejissor Emil Əsgərov Belçika dramaturqu Moris MeterlinqinKorlarpyesinin məşqlərini aparır. Bundan əlavə, cari mövsümdə SofokolunAntiqona”, N.VəzirovunPəhləvanani-zəmanə”, başqırd dramaturqu Süleyman LətipovunEvlən, oğul, evlən!” əsərlərinin tamaşaya qoyulması, habelə uşaqlar üçün yeni tamaşaların hazırlanması nəzərdə tutulub.

   Tədbirdə teatrın bir qrup əməkdaşına səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar pul mükafatı təqdim olunub.

   Sonra Cəlil MəmmədquluzadəninDanabaş kəndinin məktəbiəsərinin tamaşası nümayiş etdirilib. Əməkdar incəsənət xadimi Oruc Qurbanovun quruluş verdiyi səhnə əsərində əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Allahverən Babayev, Miraslan Ağayev, Əlibala Əsgərov, Səyad Əliyev, Hikmət Cəfərov başqaları oynayır. Tamaşanı Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti tələbələri izləyiblər.

   Martın 11-də isə Lənkəran teatrında Tərlan Abdullayevin müəllifi quruluşçu rejissoru olduğuQaraca qız Xallı ifritəadlı nağıl-tamaşanın premyerası olub. Xeyirlə şərin mübarizəsindən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, rəqslərin quruluşçusu Günel Abbaszadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

   Məktəblilər tərəfindən maraqla qarşılanan tamaşada əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Qızılgül Quliyeva, Emin Fərzullayev, Aysel Cahangirova, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov digərləri ifa ediblər. Novruz bayramı günlərində oynanılacaq tamaşa məktəbyaşlı uşaqlara xoş anlar yaşadacaq.

   * * *

   Qazax. Martın 10-da Qazax Dövlət Dram Teatrında peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə teatrın direktoru Saqif İskəndərov Azərbaycan peşəkar milli teatrının 145 illik tarixindən Qazax Dövlət Dram Teatrının 80 il ərzində keçdiyi yaradıcılıq yolundan bəhs edib.

   Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova çıxış edərək kollektivi Milli Teatr Günü münasibətilə təbrik edib. Teatrın direktoru Saqif İskəndərov, baş rəssam Səyyad Məmmədov aktyor Aydın Orucov İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib.

   * * *

   Füzuli. Bölgə teatrlarında bu günlər peşə bayramı ilə yanaşı, qarşıdan gələn Novruz bayramının da əhvalı hakimdir. Füzuli Dövlət Dram Teatrı bu münasibətlə "Bahar çələngiadlı şou-proqrama start verib.

   Kollektiv martın 12-dən etibarən rayonun kənd qəsəbələrində bu proqramla çıxış edir. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan teatrın baş rejissoru Asif Şirinovun quruluş verdiyi proqramın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

   Teatr ənənəvi olaraq bu il bayram ərəfəsində rayonun hərbi hissələrində bayram proqramı ilə çıxış edəcək.

   * * *

   Şəki. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında əlamətdar gün premyera 2009-cu ildən fəaliyyət göstərən teatr-studiyanın məzunlarına sertifikatların təqdimatı ilə qeyd edilib.

   İlkin olaraq adıgey dramaturqu Bilal AppayevinGözəlləri necə qaçırırlarəsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Tamaşaya teatr-studiyanın məzunu, ADMİU-nun 4-cü kurs tələbəsi Arzu Əhmədova quruluş verib. Tamaşada rol alan Günay Novruzəliyeva, Nərmin Abbasova, Elvin Mabudov, İlkin Rüstəmov, Samirə Bəbişova Fidan Lətifova da studiyanın məzunlarıdır. Səhnə əsərinin rəssamı Nicat Məmmədli, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib.

   Teatr-studiyanın məzunlarına sertifikatların təqdim edilməsində teatrın direktoru Namiq Qaffarovbaş rejissor, Əməkdar incəsənət xadimi Mirbala Səlimli çıxış edərək kollektivə uğurlar arzulayıblar.

 

Mədəniyyət.-2018.- 14 mart.- S.11.