Oslo soydaşımızın gördüyü kimi

 

 

   Bir neçə gündür ki, Bakıdakı “The Landmark HotelinRotundasalonunda Norveçdə yaşayan fotoqraf soydaşımız Fariz Nadir Rzayevin sərgisi nümayiş olunur. Sərginin təşkilatçısı Norveçin Azərbaycandakı səfirliyidir.

   Martın 10-da baş tutan açılış mərasimində Norveçin səfiri Bord İvar Svendsen Azərbaycan dilində çıxış edərək, ikitərəfli mədəni əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışdı və hər kəsi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik etdi.

   Sərgilənən modern şəhər foto mənzərələrinin müəllifi də doğma vətənində fərdi sərgisinin açılışından məmnun olduğunu bildirdi və gələnlərə minnətdarlıq etdi.

   27 yaşlı Fariz Nadir Rzayev on ildən çoxdur ki, Norveçdə yaşayır və bu ölkənin vətəndaşıdır. “Bilder Nordic School of Photografhynin məzunu olan soydaşımızın işləri bu ölkədə kifayət qədər tanınır. O, “Norveç fotoqrafı - 2014” mükafatının sahibidir. Azərbaycanda isə onun adı 2015-ci ildə tanınmış dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə birlikdə gerçəkləşdirdiyi layihədən sonra tanınıb. Həmin layihə çərçivəsində Azərbaycan milli geyimlərinin Avropada təbliği məqsədilə kataloq hazırlanmışdı.

   Bu dəfə isə Fariz Bakıya Norveçin paytaxtı Oslonun memarlıq simasını öz fotoobyektiviningördüyükimi təqdim etmək üçün gəlib.

   Sərgi martın 24-dək davam edəcək.

  

   G.Mirməmməd

 

Mədəniyyət.-2018.- 14 mart.- S.13.