Kulinarlarımızın uğurları

 

   Malta, İstanbulDubayda keçirilən beynəlxalq kulinariya çempionatlarında ölkəmiz də təmsil olunub. Həmişə olduğu kimi bu yarışmalardan da kulinarlarımız ölkəyə medallarla dönüblər.  

   Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov bildirib ki, “Malta-2018” adlı çempionatda 350-dən çox aşpaz iştirak edib. Münsiflər heyətində Azərbaycan, Almaniya, Norveç, Fransa, Portuqaliya, Sloveniyaİtaliyadan mütəxəssislər təmsil olunub. Təkbətək və komanda yarışlarında Azərbaycan komandası ümumilikdə 6 yarışmada uğurlu nəticə (3 gümüş, 2 bürünc, 1 fərqlənmə diplomu) göstərib.

   İstanbulda keçirilən yarışmaya 24 ölkə qatılıb. Kulinarlarımız 3 qızıl, 6 gümüş, 4 bürünc və 1 fərqlənmə diplomu qazanıblar. Bu çempionatda Mədinə Əliyevanın rəhbərliyi altında Nərmin Rəcəbova, Halil Kozakoğulları, Ruslan Şıxiyev, Valeh İmranovTimur Pivkin iştirak ediblər.

   Bunlarla yanaşı, AMKA-nın prezidenti Tahir Əmiraslanov fevralın 22-dən martın 10-dək keçirilən “Dubayın dadı” festivalında münsiflər heyətində təmsil olunub.

 

Mədəniyyət.-2018.- 14 mart.- S.13.