Uşaq musiqi və incəsənət məktəblərində ixtisaslaşmış təlimlər

 

   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Bədii təhsil şöbəsi tərəfindən martın 14-dən Bərdə rayonundakı uşaq musiqi və incəsənət məktəblərində ixtisaslaşmış təlimlər keçirilir.

   Elmi-Metodik Mərkəzdə son iki ildə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı 20 çeşiddən artıq metodiki vəsait hazırlanaraq region idarələrinə paylanılıb.

   Yeni vəsaitlərdə göstərilən proqram tələblərinin yerinə yetirilməsinə metodiki köməklik göstərilməsi məqsədilə Bərdə rayonunun uşaq musiqi və incəsənət məktəblərində Elmi-Metodik Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayev və şöbənin metodisti Zəbulla Quliyevin iştirakı ilə muğam, fortepiano və nəzəri fənlər üzrə ixtisaslaşmış təlimlər aparılır.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.3.