Görkəmli sənətkarın xatirəsi yad edilib

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həsənağa Turabovun (1938-2003) 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

   Tədbirin aparıcısı Tərlan Akcay sənətkarın çoxsaylı tamaşalardaekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli obrazlardan, kinoteatr tariximizdə qoyduğu izlərdən danışıb.

   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azərpaşa Nemətov, xalq artistləri - aktyor Hacı İsmayılov, kinorejissor Eldar Quliyev, teatr rejissoru Mərahim Fərzəlibəyov, əməkdar incəsənət xadimləri - kino tarixçisi Aydın Kazımzadə, aktyorrejissor Əbdül Mahmudbəyov, teatr rejissoru Əsgər Əsgərov çıxış edərək Həsənağa Turabovun teatrda, milli kinomuzda yaratdığı rəngarəng obrazlardan, pedaqoji fəaliyyətindən danışıblar. Qeyd olunub ki, sənətkar fitri istedadı sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb.

   Tədbirdə H.Turabovun çəkildiyi “Dərviş Parisi partladır” və “Dantenin yubileyi” filmlərindən fraqmentlər göstərilib.

   Sonda sənətkarın ailəsi adından çıxış edən qızı Sevinc Turabova tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.4.