Cümhuriyyətin 100 illiyi ilə bağlı maarifləndirici tədbirlər

 

   Prezident yanında Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı maarifləndirici tədbirləri davam etdirir. Martın 15-də beş məkanda tədbirlər keçirilib.

   Salyan rayon Peşə liseyində gerçəkləşən tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova “Cümhuriyyət dövründə ədəbiyyat” mövzusunda mühazirə ilə çıxış edib. Məruzəçi M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Hüseynzadə, Ə.Cavad və A.İldırımın həyat və fəaliyyətləri barədə ətraflı danışıb.

   Şabran rayonu Gəndov kənd klubundaŞabran-Quba bölgəsində bolşevik və erməni-daşnak dəstələrinə qarşı mübarizə” mövzusunda mühazirə təşkil olunub.

   Fondun rayon nümayəndəsi, T.Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru Fikrət Şamxalov mövzu üzrə çıxış edib.

   Bakı şəhərinin Binəqədi rayonunda yerləşən ictimai iaşə və xidmət üzrə Peşə təhsili mərkəzində keçirilən maarifləndirici tədbirdə “Şərq” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Akif Aşırlının “Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuatında azərbaycanlıların soyqırımının əks olunması” mövzusunda mühazirəsi dinlənilib.

   Xətai rayonunda yerləşən Peşə təhsili mərkəzində isə BDU-nun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının tarixi əhəmiyyəti” mövzusunda mühazirə söyləyib.

   Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir isə böyük bəstəkarın ev-muzeyində gerçəkləşib. Fondun lektorlar qrupunun üzvü, professor Solmaz Amanova bəstəkarın Cümhuriyyət dövründə fəaliyyətindən danışıb.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.4.