Beynəlxalq qadınlar günüNovruz münasibətilə

 

   “Pəncərə klubunun növbəti tədbiri keçirilib

  

   “Pəncərə klubunun növbəti söz-sənət görüşü Beynəlxalq qadınlar günüNovruz bayramına həsr olunub. Martın 13-də, Yel çərşənbəsi axşamı “Muğam klubda keçirilən “Keçmişə açılan pəncərə” adlı tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq rəssamı Fərhad Xəlilov, xalq artistləri Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Yalçın Adıgözəlov, Ramiz Həsənoğlu və başqaları iştirak edib.

   Gecəni Əməkdar artist Nərgiz Cəlilova açaraq “Pəncərə klubunun sayca 12-ci gecəsinin Yel çərşənbəsi axşamına təsadüf etməsinin əlamətdar hal olduğunu bildirib.

   Sonra “Pəncərə klubunun rəhbəri, yazıçı-publisist Günel Anarqızı tədbirin məramından danışıb. Bildirib ki, Beynəlxalq qadınlar günü ərəfəsində internet resurslarında “Analar və qızları” adlı layihə təqdim edilib. Müxtəlif sahələrdə uğur qazanan 8 qadına və onların gənc qızlarına həsr edilən layihə elə ilk gündən izləyicilərin böyük marağına səbəb olub. İkinci layihə ziyalı və sənət adamlarının iştirakı ilə “Pəncərə klubu” tərəfindən çəkilib və hazırlanıb. Novruz bayramına həsr edilən “Dünya bir pəncərədir” adlı layihədə məşhurlar bayatı söyləyiblər.

   Tədbirdə musiqiçilərin çıxışı dinlənilib, həmçinin Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Mehriban Zəki Xalq yazıçısı Anarın 80 illik yubileyi münasibətilə onun əsərlərindən parçalar səsləndiriblər.

   Daha sonra Xalq yazıçısı Çingiz Abdullayev yubilyarı təbrik edib, yazıçı ilə bağlı yaddaqalanunudulmaz anlarını bölüşüb.

   Gecənin sonunda iştirakçılara bayram hədiyyələri təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.11.