Şair və vətən” adlı şeir gecəsi

 

   Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatlarından seçilmiş şeirlər əsasında “Şair və vətən” adlı ədəbi gecə təşkil olunub.

   Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşan gecə Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümünə həsr edilib. Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir tədbirin ənənəvi olaraq keçirildiyini qeyd edərək deyib: “Bu il Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü tamam olur. İki qardaş ölkənin rəhbərliyi bu iki önəmli hadisəni geniş səviyyədə qeyd edəcək. Biz də Bakı Yunus Əmrə İnstitutu olaraq bu yöndə fəaliyyətimizi davam etdirəcəyik. Bugünkü tədbir də bu qəbildən sayılır. Tədbirdə iki ölkənin ədəbiyyatı və poeziyası haqqında məlumatlar əldə edə biləcəyik”.

   Sonra ədəbiyyatşünas Sahura Quliyevayeni türk ədəbiyyatı üzrə mütəxəssis, professor Yaqub Çelik Azərbaycan və Türkiyə poeziyasının tarixiinkişaf yolu barədə ətraflı məlumat veriblər.

   Tədbirdə vətən və dövlətçiliyə aid şeirlər səsləndirilib. Sonda Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinin iştirakı ilə kiçik səhnə əsəri təqdim olunub.

  

Mədəniyyət.- 2018.- 16 mart.- S.11.