Oxucularla üz-üzə”

 

 

   Kitabxanada şairlə görüş keçirilib

  

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə S.Vurğun adına Mərkəzi kitabxanadaOxucularla üz-üzə” layihəsi çərçivəsində Əli Kərim adına Poeziya evinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim İlyaslı ilə görüş keçirilib.

   Kitabxananın böyük metodisti Natəvan Axundzadə əvvəlcə şairin yaradıcılığı haqqında qısa məlumat verib. Sonra İbrahim İlyaslı çıxış edərək ona ünvanlanan sualları cavablandırıb, öz şeirlərini oxuyub.

   Poeziya evinin əməkdaşı Elvin Əlizadə, Sumqayıt Dövlət Universitetinin tələbələri müəllifin şeirlərini söyləyiblər.

   Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı şəhər komitəsinin sədri Şahin Şəfiyev, MKS-nin direktoru Yeganə Əhmədova müəllif haqqında ürək sözlərini söyləyiblər.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.12.