Eviniz abadfilminin təqdimatı keçirildi

 

   Martın 16-da Nizami Kino Mərkəzində rejissor Mirsadıq AğazadəninEviniz abadbədii filminin təqdimatı oldu. Ekran əsəri Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında gürcü kinematoqrafçıları ilə birgə istehsal olunub.

   Əvvəlcə səhnəyə yaradıcı qrupun üzvləri çıxdı.

   Filmin rejissoru Mirsadıq Ağazadə çıxış edərək ekran əsəri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “Eviniz abadbədii filmində gürcü aktyorlar da yer alıb. Çəkilişlər Azərbaycanda Gürcüstanda aparılıb. Film iki xalqın dostluğu, qardaşlığı, qarşılıqlı xeyirxahlığı haqqındadır. Eyni zamanda hər iki xalqın məruz qaldığı dəhşətli müharibə bu müharibənin törətdiyi fəsadlara da geniş yer verilib.

   Mirsadıq Ağazadə vurğuladı ki, filmin ərsəyə gəlməsi bir neçə il sürüb, bu müddətdə yaradıcı heyətin bir neçə üzvü, o cümlədən bəstəkar Rauf Əliyev dünyasını dəyişib.

   Rejissor qeyd etdi ki, çətinliklə olsa filmin istehsalını başa çatdıra biliblər.

   Daha sonra film nümayiş olundu.

   Qeyd edək ki, filmin ssenari müəllifləri İmir Məmmədli Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, bəstəkarı Rauf Əliyev, rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

   Filmdə Sənan Əlləz, Nino İaşvili, Zaza Qoquadze, Kamran Şahmərdan, Paata Quliaşvili, Qorxmaz Əlicanzadə, Zanda İoseliani, Nofəl Quliyev, Sofiya Qorelaşvili, Oleq Əmirbəyov başqaları çəkiliblər.

   Qeyri-adi əhvalat üzərində qurulmuş, azərbaycanlı oğlanla gürcü qızının məhəbbətindən bəhs edən filmdə hadisələr Azərbaycan Gürcüstanda baş verir.

  

   Fariz

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.6.