Parisdə “Türk dünyasının mədəniyyət günü

 

   Parisdəki Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) 2007-ci ildən ənənə halını alanTürk dünyasının mədəniyyət günükeçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizin stendi də təşkil olunub.

   İNALCO-da Azərbaycan dilini öyrənən tələbələrin hazırladığı stenddə ölkəmizin tarixi və mədəniyyətinə dair Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycanın Fransadakı səfirliyinin instituta bağışladığı nəşrlər, disklər, milli xalçageyim nümayiş etdirilib.

   İNALCO-da dilimizi öyrənən tələbələr və dilimizi tədris edən Aygün Eyyubova stendimizin ziyarətçilərinə ölkəmiz haqqında məlumat veriblər. Ziyarətçilərə kitablar, broşürlər, disklər hədiyyə edilib.

 

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.4.